Yaponiya parlamenti bomba və zarin qazı (sinir sistemini iflic edən orqanofosfat zəhəri) püskürtməklə hədələyən məktub alıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Sankey” polis mənbələrinə istinadən yazır.
Yaponiya parlamentinin yuxarı palatasının ictimaiyyətlə əlaqələr şöbəsi aprelin 21-i cümə günü günortadan sonra “kütləvi qətl”lə təhdid edən e-poçt məktubu alıb.
Məktubda parlamentin aşağı və yuxarı palatalarının müxtəlif salonlarına “çoxlu sayda yüksək məhsuldar bomba və zarin qazı generatoru qoyulduğu” və cümə günü yerli vaxtla saat 13.34-də qırğın törədiləcəyi qeyd edilib.
Müəyyən bir dini qrupa mənsub olduqlarını bəyan edən məktub müəllifləri ölkəni yalnız terror aktlarının dəyişdirə biləcəyini iddia ediblər.
Dini qrupun adı göstərilməyib.
Xuraman Etibarlı,
KONKRET.az
