Yaşı 1,5 milyon il olan buz parçasının axtarışı davam edirbackend

Yaşı 1,5 milyon il olan buz parçasının axtarışı davam edir

Amerikalı tədqiqatçılar Cənub qütbünün yaxınlığında ən qədim buz parçasının axtarışına başlayıblar. Alimlərin fikrincə, bu, planetimizin təxminən 1,5 milyon il əvvəl necə yaşadığını təxmin edəcək.

KONKRET.az xəbər verir ki, hazırda tədqiqatçıların ixtiyarında təxminən 800 min illik buz var. Amma elm adamları hesab edirlər ki, Antarktidanın buzları altında daha qədim nümunələr tapıla bilər. Komanda təxminən 1,5 milyon il yaşı olan nümunələr toplamağa ümid edir.

Bu günə qədər 800 min illik ən qədim buz nümunəsi ilə elm adamları Yer atmosferindəki karbon qazının miqdarının zamanla necə dəyişdiyini müəyyən edə biliblər. Məlumatlar göstərir ki, Sənaye inqilabından sonra karbon dioksid səviyyəsi kəskin şəkildə yüksəlib. Sonra hər il yüksəlməyə davam edib və Yer kürəsi getdikcə daha çox qızmağa başlayıb. İndi elm adamlarının əlinə yeni tədqiqat obyekti keçib və onlar yeni-yeni tapıntılar üzərində işləyəcəklər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*