Yavlinski Rusiya prezidentliyinə namizədliyini irəli sürdübackend

Yavlinski Rusiya prezidentliyinə namizədliyini irəli sürdü

“Yabloko” partiyasının sədri Qriqori Yavlinski bildirib ki, “Yabloko” təşəbbüs qrupu onun Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi üçün imza toplayır.

KONKRET.az xəbər verir ki, Yavlinski imzatoplamanın bir neçə həftə davam edəcəyini bildirib.

O, hədəflərinin 10 milyon imza toplamaq olduğunu vurğulayıb.“Bu, seçicilərin 10%-i deməkdir, bu qədər imza toplamaq istəyirik ki, sonradan bizə 0,3% yazmasınlar”, – Yavlinski bildirib.

Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*