Yeni avtomobilin qoxusu xərçəngə SƏBƏB OLURbackend

Yeni avtomobilin qoxusu xərçəngə SƏBƏB OLUR

Çin alimləri yeni avtomobil qoxusunun ölümcül xəstəliklərə səbəb ola biləcəyini müəyyən ediblər. 

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər salonu plastik, süni dəri və parça elementlərindən ibarət olan, adı açıqlanmayan hibrid yolsuzluq avtomobilini tədqiq edib.

Mütəxəssislərin fikrincə, bu materialların birləşməsi xərçəng və digər ağır xəstəliklərə səbəb ola biləcək təhlükəli maddələr əmələ gətirir.

Məlumata görə, alimlər yeni yolsuzluq avtomobilini 12 gün ərzində tədqiq ediblər. Təcrübə müddətində avtomobil digər nəqliyyat vasitələrindən kənarda saxlanılıb ki, onların işlənmiş qazları tədqiqata mane olmasın. Bu müddət ərzində salonda 20 kimyəvi maddənin buraxılması qeydə alınıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*