Yeni nazir bu məşhur alimin oğludurbackend

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.

KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Rəhim Əliyev “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin müəllifidir. Tanınmış ədəbiyyatşünas alim həm də bədii yaradıcılıqla məşğuldur. O, bir neçə romanın da müəllifidir.

Anar Əliyevin anası İradə Əliyeva uzun illər jurnalistika sahəsində fəaliyyət göstərir. Hazırda o, “Azərbaycan” qəzetinin Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*