Yollardakı son vəziyyət nədir? – AÇIQLAMAbackend

Yollardakı son vəziyyət nədir? - AÇIQLAMA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyəti açıqlayıb.

KONKRET.az-a AAYDA-dan verilən məlumata görə, Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində 5-8 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilib. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Giləzi – Xızı yolunda yağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilib. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı – Qobustan yolunda yağıntı yoxdur, yol açıqdır, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Qobustan – Şamaxı – Muğanlı yolunda yağıntı yoxdur, yol açıqdır, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – Ağsu – Yevlax avtomobil yolunda yağıntı yoxdur, yol açıqdır. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı – Ələt – Hacıqabul yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax – Gəncə – Qazax – Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı yolunda yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Hazırda kənd yollarında nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması ilə əlaqədar tədbirlər davam etdirilir.

İsmayıllı – Qəbələ – Oğuz – Şəki yolunda yağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yol açıqdır, Şəki və Qax rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax – Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, yol açıqdır. Şəki rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə – Daşkəsən – Xoşbulaq yolunda daşkəsən rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir – Gədəbəy yolunda yağıntı yoxdur, yol açıqdır, Gədəbəy ərazisində 4-5 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Masallı – Yardımlı avtomobil yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunda yağıntı yoxdur, yol açıqdır, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*