Həkimlər hipertoniyaya yaxşı təsir edən meyvənin adını açıqlayıblar.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu, quava meyvəsidir. Quavanın şirəsi təzyiqi sürətli şəkildə aşağı endirir.
“Quava hipertoniyası olan insanlar üçün əla səhər yeməyidir. Bu meyvədə damarları genişləndirmə effekti verən böyük miqdarda C vitamini var”, – diyetoloq Sara Brüer bildirib.
Həkimlərin sözlərinə görə, quavadan gündəlik qidalanma təzyiqi 7,5-8,5 mm civə sütunu aşağı sala bilər.
Bundan başqa, quava zərərli xolesterin səviyyəsinin 7% azalmasına səbəb olur.
“Quava C vitamini, antioksidant və kaliumun ən yaxşı mənbəyidir. Səhər quava ilə qidalanın, meyvə salatlarına əlavə edin, şirəsini için. Meyvəni alarkən onun şirinləşdirilmədiyinə diqqət yetirin”, – S.Brüer əlavə edib.

