44 günlük müharibədə hava hücumundan müdafiə sistemlərini itirən Ermənistan indi yeni qurğular almağa başlayıb. Hindistanın Ermənistana göndərdiyi “AKAŞ” raketlərinin fayda verəcəyindən ehtiyat edən ermənilər indi də Rusiya istehsalı olan S-300 zenit-raket kompleksləri almağı planlaşdırır.
Məsələ burasındadır ki, S-300-ləri Ermənistana Rusiya deyil Yunanıstan verəcək. Məlumatda digər müdafiə sistemləri barədə də qeydlər var. Ekspertlər güman edir ki, adı çəkilməyən həmin sistemlər elə Yunanıstanda istehsal olunan silahlardır.
Vəli Həsənoğlu,
KONKRET.az