Zaqatalada yol qəzası oldu – ölən və xəsarət alanlar varbackend

Zaqatalada yol qəzası oldu - ölən və xəsarət alanlar var

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alan var.

Bu barədə KONKRET.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, oktyabrın 14-ü saat 10 radələrində Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Bayram Heydərovun idarə etdiyi “VAZ-2106” və Fikrət Əliyevin idarə etdiyi “VAZ-21011”markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2106”dakı sərnişin, 1960-cı il təvəllüdlü Zaqatala şəhər sakini Bilalova Yeganə Məhərrəm qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və “VAZ-2106” markalı avtomobildəki iki sərnişin – Gülnar Heydərova, eləcə də 2017-ci il təvəllüdlü bir azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*