Prezident Volodimir Zelenski Ukraynanın beş ölkədə: Gürcüstan, Slovakiya, Portuqaliya, İran İslam Respublikası və Livandakı fövqəladə və səlahiyyətli səfirlərini istefaya göndərib.
KONKRET.az xəbər verir ki, bu barədə Prezident Aparatının saytında dərc olunan müvafiq fərmanlar dərc olunub.
Prezident işdən çıxardığı səfirlər bunlardır:
Gürcüstandakı səfir İqor Dolqov;
Slovakiyadakı səfir Yuri Muşka;
Portuqaliyadakı səfir İnna Oqnivets;
İran İslam Respublikasındakı səfir Sergey Burdilyak;
Livan Respublikasındakı səfir İqor Ostaş.
Məlumata görə,, Ukrayna Prezidenti Volodimir Zelenski yaxın dostu İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidmətinin sədri vəzifəsindən azad etmək niyyətindədir.
Politico-ya görə, Zelenski UTX-nin uğursuz əməliyyatları və Xersondakı itkilər səbəbindən Bakanovu işdən çıxarmaq qərarına gəlib. Prezidentə yaxın dörd məmur və Kiyevə islahatlarla bağlı məsləhətlər verən Qərb diplomatı nəşrə bildirib ki, Zelenski “Bakanovu vəzifəyə daha uyğun olan biri ilə əvəz etmək” istəyir.
Xuraman Etibarlı,
KONKRET.az
