Zelenski gələn həftə Ağ Evdə Baydenlə görüşəcək – “Associated Press”backend

Zelenski gələn həftə Ağ Evdə Baydenlə görüşəcək - “Associated Press”

Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşəcək.

KONKRET.az  xəbər verir ki, bu barədə “Associated Press” ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata bildirilir ki, Zelenski  Baydenlə  gələn cümə axşamı Ağ Evdə görüş keçirəcək.

Bundan başqa Zelenskinin BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsinə qatılacağı və ABŞ Konqresinə səfər edəcəyi qeyd edilir.

Ukrayna liderinin səfəri  “Konqres Ukraynaya 21 milyard dollara yaxın hərbi və humanitar yardımın göstərilməsini müzakirə etdiyi bir vaxtda” baş tutacaq.

Qeyd edək ki, Zelenskinin BMT Baş Assambleyasına müraciətini sentyabrın 19-da səhərə çatdırması gözlənilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*