“Zirə” 10 oyunluq qələbə həsrətinə darmadağınla son qoydubackend

Zirə” 10 oyunluq qələbə həsrətinə darmadağınla son qoydu

Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulacaq.

KONKRET.az xəbər verir ki, son oyun günündə nəzərdə tutulan 2 görüşdən 1-i başa çatıb.

“Araz-Naxçıvan” “Zirə”ni qəbul edib. Matç qonaq komandanın böyük hesablı qələbəsi ilə bitib – 3:0.

Beləliklə, Bakı təmsilçisi ölkə çempionatında 10 turdan sonra qalib gəlib. “Zirə” bundan əvvəl 13-cü turda “Qəbələ”yə qalib gəlmişdi.

Günün və turun son matçında isə lider “Qarabağ” 2-ci pillədə qərarlaşan “Sumqayıt”ı qəbul edəcək. Görüş saat 19:00-da start götürəcək.

25 fevral (bazar)

Misli Premyer Liqası, 24-cü tur

16:30.“Araz-Naxçıvan” – “Zirə” – 0:3 

Qollar: Vanderson Melo, 20-avtoqol, Rəhim Sadıxov, 74, Rafael Utziq, 77

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu

“Liv Bona Dea Arena”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*