1 yaşlı uşağı elektrik vurdubackend

1 yaşlı uşağı elektrik vurdu

Körpə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

Hadisə bu gün saat 15 radələrində Xaçmaz raypnunun Qaraqurtlu kəndində baş verib. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, 2018-ci il təvəllüdlü Babayev İbrahim Emin oğlu həyətdə oynayarkən su matorunun elektik naqilinə toxunduğundan cərəyan onu vurub. Körpə ağır vəziyyətdə Mərkəzi Xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb. Lazım olan tibbi yardımlar görüldükdən sonra uşaq stasionar müalicə üçün palayata köçürülüb. Xəstəxananın həkim travmatoloqu Orxan Şeydayevin verdiyi məlumata görə, zərərçəkən körpənin vəziyyəti kafidir və heç bir həyatı təhlükəsi yoxdur.

 

Cəlal Fərzəliyev,

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*