“120 min” Qarabağ sakininə görə üç milyon ermənini riskə atmağa ehtiyac yoxdur”.
KONKRET.az xəbər verir ki, bu barədə fevralın 3-də Ermənistan parlamentində “Vətəndaş müqaviləsi” partiyasından olan Qurgen Arsenyan danışıb.
Müxalifətin təşəbbüsü ilə çağırılan Laçın dəhlizinin “bağlanması” ilə bağlı parlament dinləmələr zamanı indiki hakimiyyətə qarşı ittihamlar səsləndirilib.
Arsenyan hazırkı hakimiyyətə qarşı səsləndirilən qınaqlara cavab verib.
“Qarabağda cəmi “120 min”ə yaxın, Ermənistanda isə 3 milyona yaxın insan yaşayır. Biz Qarabağ naminə üç milyon ermənini riskə ata bilmərik.
Sözlərinizə və əvvəllər səsləndirilən təhdidlərə görə cavab verməyə hazırsınız? Oturursunuz və barmağınızı silkələyirsiniz.
Prioritetlərinizi düzgün müəyyənləşdirin. Nəhayət, hər şeyi düzgün təsəvvür etməyə başlayın. Sis kimsiniz, ara?”, – deyə deputat parlamentin tribunasından əleyhdarlarını tənqid edib.
Dinləmələrə sədrlik edən Seyran Ohanyan iclasda iştirak edənləri susmağa və Arsenyanın çıxışını davam etdirməsinə icazə verməyə çağırıb. Lakin onun xahişlərinə məhəl qoyulmayıb.
Nikol Paşinyan tərəfdarının açıqlamaları mübahisəyə səbəb olub.
Lakin bu, Arsenyanı dayandırmayıb.
“Qarabağ məsələsini manipulyasiya etmək sizə Ermənistanda hakimiyyətə gəlmək imkanı verməyəcək. Bunu unudun.
Hakimiyyət “Vətəndaş müqaviləsi”ndədir, Ermənistanın dövlət maraqlarına xidmət edən məsul orqandır”, – deyə Arsenyan qəzəblənib.
O deyib ki, Türkiyə ilə münasibətlərin qurulması Ermənistanın milli maraqlarından irəli gəlir.
Arsenyan iclasda iştirak edənləri zərərli ksenofob ifadələrdən çəkinməyə çağırıb.
Xuraman Etibarlı,
KONKRET.az
