“Ölkə üzrə, təxminən, 13 min şəxsin 190 manatlıq birdəfəlik ödəmədən sonradan yararlanması ləğv edilib”.
KONKRET.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin dediyinə görə, bunun 10 mini sonradan əmək müqaviləsi imzalayıb:
“Üç min insanın isə müxtəlif gəlir mənbələri olduğu üçün onlar sosial ödənişlərin verilməsindən kənarlaşdırılıb.
Sosial şəbəkələrdə həmin insanlarla bağlı yazılan hallar araşdırıldı və onlar növbəti dövr üçün ödənişlərdən uzaqlaşdırıldı. Amma o dövr üçün onun haqqı verildi və bu, ondan geri alınmır.
Bu proses elektron gedir və onun hər hansı vəsaitinin olub-olmaması bilinmir. Lakin sonradan bunlar aşkar edildikcə, onlar haqqında məlumatlar bu kateqoriyadan silindi”.
