1500-dən çox abonentin qazı kəsiləcəkbackend

1500-dən çox abonentin qazı kəsiləcək

Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti məhdudiyyət olacaq.

KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsinin Şirvan Xidmət Sahəsi məlumat yayıb.

Bildirilib ki, iyunun 5-də aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək şəhərin Hacıqəhrəmanlı qəsəbəsində, həmçinin Xanlar və Vidadi küçələrində qaz təchizatında müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Qeyd olunub ki, qazın verilişində yaranacaq fasilə ümumilikdə 1515 abonenti əhatə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*