Varşavada polisin Mərkəzi İstintaq İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində Rumıniyanın Braşov şəhərindəki “Carfil” müdafiə müəssisəsində törədilən yanğın cəhdi ilə əlaqəli olan təxribatçı qrupun üzvü saxlanılıb.
KONKRET.az xəbər verir ki, Polşanın “RMF24” radiostansiyasının yaydığı məlumata görə, saxlanılan şəxs 25 yaşlı Ukrayna vətəndaşı Artyomdur.
Avropa həbs orderinə əsasən onun tezliklə Buxarestə ekstradisiya olunacağı gözlənilir.
İstintaq materiallarına əsasən, ukraynalının əsas rolu kəşfiyyat xarakterli işlər aparmaq, yandırılacaq hədəf obyektini müəyyənləşdirmək və əməliyyatı maliyyələşdirmək olub. Terrorla mübarizə bölməsinin əməkdaşları Varşavadakı mənzillərdən birinə daxil olaraq şübhəlini saxlayıblar və əməliyyat zamanı o, heç bir müqavimət göstərməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
