17,5 milyon dollarlıq CƏRİMƏ – Çadralı qadınlar qalib gəldibackend

17,5 milyon dollarlıq CƏRİMƏ - Çadralı qadınlar qalib gəldi

ABŞ-da qadınları çadralarını çıxarmağa məcbur edildiyinə görə 17,5 milyon dollar ödəniləcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkun Manhetten federal məhkəməsində qaldırılan iddia ABŞ-ın Dairə Hakimi Analisa Torres tərəfindən təsdiqlənməlidir.

Hüquq haqları və xərclər çıxıldıqdan sonra ödənişlər təxminən 13,1 milyon dollar olacaq. Əldə olunacaq gəlir təxminən 4100-ə yaxın insan tərəfindən bölüşdürüləcək.

Qeyd edək ki, müsəlman amerikalı qadınlar Kamilla Klark və Arva Aziz 2018-ci ildə məhkəməyə müraciət edərək, Manhetten və Bruklin polislərinin onları hicablarını çıxarmağa məcbur etdikləri zaman utanc və travma hiss etdiklərini bildiriblər. O vaxt Klark 9 yanvar 2017-ci ildə, Aziz isə 30 avqust 2017-ci ildə həbs edilmişdi. Klark verdiyi açıqlamada bildirmişdi ki, “Məni çadramı çıxarmağa məcbur etdikləri zaman özümü çılpaq hiss etdim. Özümü necə açıq və təhqir olunmuş hiss etdiyimi sözlə ifadə edə bilmərəm”.

İddianın nəticəsi olaraq, Nyu-York polis idarəsi 2020-ci ildən qadınların başlarını örtmələrinə icazə verməyə razılaşıb.

Yeni siyasət həmçinin digər dini baş geyimlərini, o cümlədən yəhudilərin geydiyi parik və kipaları və sikhlərin taxdıqları türbanları da əhatə edir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*