Şagird müəlliməsindən bu üsulla intiqam aldı – Onun fotosunu…backend

Şagird müəlliməsindən bu üsulla intiqam aldı - Onun fotosunu...

Rusiyanın Plesetsk şəhərində 9-cu sinif şagirdi müəlliməsindən intiqam almaq üçün onun fotolarını böyüklər üçün nəzərdə tutulan “Telegram” kanalında yayıb.

KONKRET.az xəbər verir ki, hadisə ilə bağlı polisə 28 yaşlı tarix müəlliməsi müraciət edib.

Müəllimə fotolarının böyüklər üçün açılmış “Telegram” kanalında yerləşdirildiyini görüb. Həmin paylaşımda onun adından intim xidmətlər göstərilməsi barədə məlumat da dərc olunub.

Polis əməkdaşları qısa müddətdə paylaşımı edən şəxsi müəyyənləşdiriblər. Onun həmin müəllimənin dərs dediyi 9-cu sinif şagirdi olduğu üzə çıxıb.

Məlumata görə, şagird yoxlama işindən “2” aldığı üçün müəlliməsindən narazı qalıb və bu yolla ondan intiqam almaq qərarına gəlib.

Yeniyetməni böhtan maddəsi ilə məsuliyyətə cəlb etmək mümkün olmayıb. Buna səbəb onun bu kateqoriya işlər üzrə məsuliyyət yaşına çatmaması göstərilir.

Bununla belə, şagird profilaktik qeydiyyata götürülüb.

Baş verən qalmaqaldan sonra müəllimə məktəbdən ayrılmaq qərarına gəlib və işdən çıxıb./sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*