Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlayıb.
KONKRET.az report-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb
Belə ki, Sumqayıt şəhər sakini, 18 yaşlı G.Ə aralarında yaranmış münaqişə zəminində 20 yaşlı oğlana bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən G.Ə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
