Ermənistanda dövlət yönümlü, real müxalifət formalaşmalıdır, ancaq bunu hökumət etməməlidir.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələrini şərh edərkən deyib.
Paşinyan qeyd edib ki, bir sıra bölgələrdə hakim Mülki Müqavilə Partiyasının 80-90 faizdən çox səs toplaması onu sevindirmir:
“Belə nəticələr müəyyən assosiasiyalar yaradır”.
