Çin və İndoneziya 14 illik fasilədən sonra oktyabrın sonundan noyabrın əvvəlinədək “İti bıçaq” terrorizmə qarşı birgə hərbi təlimini keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Çin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Çinin cənubundakı Quandon əyalətində təşkil olunacaq təlim qeyri-ənənəvi təhlükəsizlik əməkdaşlığı çərçivəsində keçirilir. Tərəflər transmilli və yerli cinayətkarlıqla birgə mübarizə aparmaq və terrorizmin yaratdığı əsas riskləri aradan qaldırmaq üçün mexanizmi yenidən işə salır.
Qeyd edək ki, Çin və İndoneziya xüsusi təyinatlı qüvvələrinin ilk “İti bıçaq” təlimi 2011-ci ildə İndoneziyanın Bandunq şəhərində, ikincisi isə 2012-ci ildə Çinin Şandun əyalətində keçirilib.
