ABŞ-nin Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərməyə hazırlaşdığı, İranın isə yeraltı hərbi obyektlərini bərpa etdiyi bildirilir.
KONKRET.az xəbər verir ki,İsrail hərbi təyyarələri ötən həftə Suriya və İraq üzərindən İran sərhədinə yaxın ərazilərdə uçuşlar həyata keçirib.
ABŞ-nin bölgəyə əlavə hərbi qüvvələr göndərməklə hərbçilərinin sayını təxminən 10 min nəfər artıracağı bildirilir.
İran isə “Kartal 44” yeraltı hava bazasında təmir və genişləndirmə işləri aparır. Məlumata görə, ölkə 18 yeraltı obyektdə zədələnmiş 69 tunel girişindən 50-sini may ayının sonunadək təmizləyib.
Mümkün yeni qarşıdurmanın regiona və enerji bazarlarına təsir göstərə biləcəyi bildirilir. Lakin yeni hücumun başlayacağı hələ təsdiqlənməyib.
