190 manat alacaq şəxslərin NƏZƏRİNƏ!backend

190 manat alacaq şəxslərin NƏZƏRİNƏ!

Xəbər verdiyimiz kimi, ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) veriləcək. Bu barədə Nazirlər Kabineti tərəfindən müvafiq Qərar qəbul edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, birdəfəlik ödəmə cari ilin ötən dövründə bu ödəməni almış şəxslərə təsdiq edilmiş qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödənəcək və ödəməni almaq üçün həmin vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur.

Ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək. Vəsait köçürüldükdən sonra bu barədə vətəndaşlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək.

Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə birdəfəlik ödəmələr verilib.

Ümumilikdə cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 350 milyon manatdan artıq vəsait sərf olunub.

 

  • Tehmine
    Dekabr 23, 2020 - 21:45

    Menim yoldawim 2008 de rehmete gedib. Iki ovladim var. Biri niqodnidi ona duwur 190 manat o biri iwleyir kirayede tek qalir. Menim ozumu ise asan xidmet wexsiyyetde evli saxlayiblar deye mene de imtina verdiler. Ay Sahil Babayev xahiw edirem siz ozunuzu menim yerime qoyun gorek siz nece dolanarsiz??? Men Azerbaycanli deyilem men adam deyilem men quru corek yemeye haqqim yoxdu ki??? Ozumde iwsiz statusundayam. Biz gedek kime wikayet edek?

  • Anar
    Dekabr 23, 2020 - 21:57

    Men işsizem mene 190 dusecek?

  • Олег
    Dekabr 23, 2020 - 23:59

    Ele her defe 190 la bagli eyni şeyler yazillar.Ictimayete deqiq vaxt bildirilmir.Bu ne ozbaşinaliqdir axi

  • Aysel
    Dekabr 24, 2020 - 01:03

    Men tek anayam 5 yasli qizim var hec yerde islemirem ozumde kelbecer qeydiyatindayam 2 defe 190 aldim sonra vermediler ki kelbecer qarantinde deyil bu nece isdi bizimde ehtiyacimiz var bu milletin halin fikirlesen yoxdu indi biz nece edek men bes yasli usagi nece basa salimki imkan yoxdu.axi kelbecerde hal hazirda yasayis yoxdu men xais edirem menim muracietimi nezere alasiz men işsizem ve 190 manata heqiqeten ehtiyacim var komeye ehtiyacim var.

  • Aygun
    Dekabr 24, 2020 - 09:03

    2 azyasli usagum var kvartirant qaliriq yoldasimda islemir bizede komeklik edsinler

  • Aygun
    Dekabr 24, 2020 - 09:05

    Menede yardim etseydiler yaxsi olardi.kirayede qaliriq 2 qzyaslu usagimda var yoldasim islemir

  • Qasimov famil
    Dekabr 24, 2020 - 15:36

    Salam men qasimov famil iki usagim var hec yerde islemirem yoldasimda islemir sosiyal yardimda almiram 190 manatda verilmir xais edirem komeyliy edesiz

  • Əkrəm
    Dekabr 26, 2020 - 18:14

    190 sosial yardım mənə niyə düşmür işsizəm iki uşağ atasıyam şəhid qardaşıyam

Anar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*