Tehrandan beynəlxalq uçuşlar bərpa olunurbackend

Tehrandan beynəlxalq uçuşlar bərpa olunur

İran uzun fasilədən sonra beynəlxalq hava əlaqəsini yenidən açır.

KONKRET.az xəbər verir ki, bu barədə İmam Xomeyni Beynəlxalq Hava Limanından “Tasnim”ə bildirilib.

Qeyd edilib ki, ilk mərhələdə İstanbul, Mədinə və Məsqət istiqamətlərinə uçuşlar həyata keçiriləcək.

Sözügedən istiqamətlər üzrə uçuşlar bu gündən etibarən bərpa olunur.

Əlavə edilib ki, İran Mülki Aviasiya Təşkilatı tərəfindən bütün icazələr alındıqdan sonra uçuş cədvəlləri mərhələli şəkildə genişləndiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*