SENSASİYA! Vüqar Qurbanov işdən çıxdı: TƏBİB-dəki qohumu soyadını dəyişdi – FOTObackend

SENSASİYA! Vüqar Qurbanov işdən çıxdı: TƏBİB-dəki qohumu soyadını dəyişdi - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) sensasiya hadisə baş verib.

KONKRET.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Qurbanov Orxan Ənvər oğlu öz soyadını dəyişib. Onun bu addımı qurumun əvvəlki rəhbəri Vüqar Qurbanovla qohum olduğu üçün atdığı iddia edilir.

Onun soyadını dəyişərək Ənvərli etməsi öz vəzifəsini qoruması ilə əlaqələndirilib.

Məsələ ilə bağlı Manset.az xəbər portalı adıçəkilən Orxan Qurbanovla əlaqə saxlayıb. O, məlumatı təsdiqləyib:

“Mən soyadımı dəyişə bilmərəm? İstəmişəm ki, soyadım atamın adı ilə bağlı olsun. Ona görə dəyişib atamın adını götürmüşəm”.

Daha sonra əməkdaşımızın “soyadınızı Vüqar Qurbanovun məsləhəti ilə dəyişmisiniz?” sualına isə cavab verməyib.

  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*