“2050-ci ilə qədər Ermənistan əhalisi 1 milyon nəfər azalacaq” – “Orran”backend

"2050-ci ilə qədər Ermənistan əhalisi 1 milyon nəfər azalacaq" - “Orran”

“2050-ci ilə qədər 1 milyon insan Ermənistandan mühacirət edə bilər”.

KONKRET.az xəbər verir ki, bunu martın 9-da jurnalistlərlə görüşündə “Gələcək Erməni” İnkişaf Fondunun əhalinin artımı üzrə ekspert komitəsinin rəhbəri, “Orran” xeyriyyə təşkilatının rəhbəri Armine Ovannisyan deyib.

“Ermənistan əhalisinin artımı ciddi zərbə altındadır. Çünki 2050-ci ilə qədər 1 milyon insan Ermənistandan mühacirət edə bilər.

Bu halda ölkə əhalisi cəmi 2 milyon nəfər olacaq. Ermənistandan yüz minlərlə insan mühacirət edir. Suriya və ya İraqdan immiqrasiya dövründə gələnləri saxlamaq mümkün olmayıb.

Belə bir problemin necə həll olunacağını başa düşmək vacibdir. Bundan əlavə, anaları, o cümlədən subayları 3-4 uşaq dünyaya gətirməyə necə təşviq etmək olar?

Ümid edirəm ki, martın 10-12-də İrəvanda keçiriləcək Ümumerməni Vətəndaş Assambleyası çərçivəsində konfrans zamanı biz lazımi yanaşmaları müzakirə edəcəyik”, – Ovannisyan vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*