26-cı mərtəbədən yıxılan uşaq SAĞ QALDIbackend

26-cı mərtəbədən yıxılan uşaq SAĞ QALDI

Çinin Hunan əyalətində dörd yaşlı oğlan cizgi filmlərində izlədiklərini təqlid etməyə çalışıb. Belə ki, uşaq paraşüt kimi əlində çətir tutaraq 26-cı mərtəbədəki evindən tullanıb. Xoşbəxtlikdən o, bu təcrübədən sağ çıxıb və xəstəxanaya yerləşdirilib. Həkimlər uşağın sınıqlarının olduğunu, lakin həyatı üçün təhlükə olmadığını bildirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 26-da Hunan əyalətinin Cişou şəhərində baş verib.

Məlumata görə, oğlanın anası başqa şəhərdə işləyir, atası isə iş üçün tez-tez xaricə gedir. Uşağa baxan nənəsi hadisə zamanı bacısını gətirməyə gedib.

Qeyd olunub ki, uşaq hadisədən əvvəl “Tom və Cerri” cizgi filminə baxıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*