3 ildən bir dəyişən məktəbli forması müəmması: İmkansız ailələrə güzəşt olacaq? – ÖZƏLbackend

3 ildən bir dəyişən məktəbli forması müəmması: İmkansız ailələrə güzəşt olacaq? - ÖZƏL

Bu günlərdə Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. Məktəblər üçün bu sənəddə nəzərdə tutulmuş 4 rəngdə geyim formasının nümunəsi təklif olunur. Məktəblərin sifarişi əsasında qərarda qeyd edilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə ən geci martın 1-dək müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.

Bəs görəsən, yeni qərar maddi imkanı zəif olan ailələrə necə təsir edəcək? Onlar üçün hansısa güzəştlər tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ümeyir Əhmədov bildirib ki, üç ildən bir icbari şəkildə məktəbli formasının dəyişməsi yaxşı hal deyil”.

“Yeni məktəbli formaları şagirdlər üçün rahatdır. Lakin hər ailənin bu formaları almaq üçün kifayət qədər imkanı yoxdur. Ona görə də, az təminatlı ailələrə müəyyən güzəştlər edilə bilər. Məsələn, Naxçıvanda imkansız ailələrin övladlarına müəyyən yardımlar edilir. Dərsliklər bütün şagirdlərə pulsuz verilir. Fikrimcə, bu sahədə də bəzi güzəştlər edilə bilər. Təbii ki, burada hər şeyi dövlətin üzərinə atmaq olmaz. Böyük şirkətlər, imkanlı şəxslər, müxtəlif xeyriyyə cəmiyyətləri məktəblərə yardım edə bilər. Məktəblərdə valideyn assosiasiyası var. Təhsilin inkişafına xeyriyyə cəmiyyətləri uzun illərdir məktəblərə maddi yardımlar edir. Lakin 3 ildən bir məktəbli formaların dəyişməsi ilə bağlı qərarı dəstəkləmirəm. Vaxtilə bir paltarı eyni ailənin müxtəlif övladları sıra ilə geyinirdi. Çoxuşaqlı ailədə belə hallar normal idi. Burada heç bir qəbahət yoxdur. Çünki hər şey imkana bağlıdır. Bu məqamı mütləq nəzərə almaq lazımdır. Üç ildən bir icbari şəkildə formanın dəyişməsi yaxşı hal deyil”.

Sosioloq Lalə Mehralı isə məktəblilərin pulsuz forma ilə təmin olunacağını düşünmür:

“Azərbaycanda hər kəsin həyat standartları yüksək deyil. Mövcud formanı almağa belə çətinlik çəkənlər var. Elə ailə var ki, övladına ikinci əl məktəbli forması alır. Qonşusunun formasını alıb övladına geyindirənlər var. Belə bir vəziyyətdə yeni forma satışa çıxarmaq gərəksizdir. Təhsil sistemimizdə o qədər problem var ki, illərdir öz həllini gözləyir. İndiki halda bu mövzunu gündəmə gətirib müzakirə etmək və əhalini qəzəbləndirmək lazım deyil. Yeni geyimin hazırki formalardan daha baha qiymətə satılacağını düşünürəm. Çünki kostyuma daxil olan predmetlər çoxdur. Əgər nəyisə dəyişmək istəyirlərsə, hazırki geyimlərə bəzi əlavələr edilə bilərdi. Çünki hamının məktəbli forması var. Yeni qərarda məktəbliyə dörd rəng seçimi təklif edilir.

Dörd rəngdə olan formanın hansı vahidliyindən söhbət gedə bilər ki? Əslində bu uşaqlar arasında ayrı-seçkilik salacaq. Aydın məsələdir ki, direktorlar hər bir halda əlavə gəlir qazanmaq üçün müxtəlif yollara əl atır. Kim zəmanət verir ki, direktorlar hansısa tikiş sexi ilə razılığa gəlib üç ildən bir rəngi dəyişmək istəməyəcək? Buna nə Təhsil Nazirliyi, nə də təhsil şöbələri zəmanət verir. Hamımız bilirik ki, sui-istifadə halları daha da artacaq. Məktəblilərin pulsuz forma ilə təmin olunacağını da düşünmürəm. Çünki bununla bağlı heç bir müzakirə aparılmadı. Hər kəs öz hesabına məktəbli forması alacaq. İl ortasında məktəb dəyişməli olan şagirdin valideyni isə iki dəfə forma almalı olacaq. Tədris ilinin ortasında kifayət qədər şagird yerdəyişmə edir. Bütün bunlar ciddi problemlərə səbəb ola bilər. Hesab edirəm ki, bu qərar ləğv edilməlidir”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

  • Heyder
    Avqust 26, 2023 - 06:35

    Men Eliyev Heyder 3 ovladim mekteblidi menim imksnim yoxdu teze paltar almaqa men Şebnem Mehtizade xanimin fikriyle tam raziyam bu qerar lexv olmaqini dusunurem menim resmi isim yoxdu ozumde kirelerde qaliram meni kimi minlerle issiz olanlar var biz nece edek?

  • İBREHİMOVA Rəvanə Tərlan qız
    Avqust 14, 2024 - 11:43

    Şabran şeheri huseyin nagyev küçəsi ev 25 yasayiriq 5 usaqim var imkanımız yokdu bizə dəstək olun Allah yoluda destek olun ehtiyacım var 🙏😥🤲🙏😭🙏

İBREHİMOVA Rəvanə Tərlan qız üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*