30 il əvvəl məhv edilən ailənin əsl qatilləri SAXLANILDIbackend

30 il əvvəl məhv edilən ailənin əsl qatilləri SAXLANILDI

Vladivostokda 30 il əvvəl bir ailənin qətlinin üstü açılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın Vladivostok şəhərində 1994-cü ildə bütöv bir ailə yoxa çıxmışdı. Ailədə olan 28 yaşlı kişi, 26 yaşlı hamilə qadın, iki oğlan və yeddi yaşlı qız izsiz itmişdilər. İllərlə aparılan axtarışlar heç bir nəticə verməmişdi. Məhz 30 ildən sonra bir ailəni məhv etməkdə şübhəli bilinənlər saxlanılıb. Bu şəxslər Volqoqraddan Sergey Smaqin və Krasnoyarsk diyarından Valeri Markovdur.

Məlum olub ki, onlar özlərini makler kimi göstərib, evi satan ailənin etibarını qazanıb və evi başqasının adına rəsmiləşdiriblər. Bundan sonra onlar Nikiforova küçəsindəki mənzildə cütlüyü və uşaqlarını güllələyib və Patroklus ərazisində basdırıblar.

Hazırda saxlanılan şəxslər həbsdədir və onları ömürlük həbs gözləyir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*