Paşinyan yenə gəlmədi – Putin müzakirəyə çıxarırbackend

Paşinyan yenə gəlmədi - Putin müzakirəyə çıxarır

Avrasiya İqtisadi İttifaqına (AİB) üzv ölkələrin liderləri cümə günü Ermənistanın ittifaqda gələcək iştirakı məsələsini müzakirə edəcəklər.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov mediaya açıqlamasında bildirib.

“Ali Avrasiya İqtisadi Şurası sabah iclas keçirəcək. Düşünürəm ki, bu məsələ bu və ya digər dərəcədə müzakirə olunacaq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Ali Avrasiya İqtisadi Şurasının iclası Astanada baş tutacaq. Aİİ-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.

Astana sammitində Ermənistan baş naziri iştirak etmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*