Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampa onun işinə verdiyi yüksək qiymətə görə təşəkkür edib.
KONKRET.az xəbər verir ki, o, sosial mediada yazıb:
“Yüksək təriflərinizə və dostcasına sözlərinizə görə təşəkkür edirəm, Prezident Tramp.”
Daha əvvəl Tramp sosial media hesabı olan “Truth Social”-da yazıb ki, Paşinyan Ermənistanı güclü və təhlükəsiz bir ölkəyə çevirir və Ermənistanın və Cənubi Qafqazın gələcəyi ilə bağlı vizyonunu bölüşür.
