Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyan barədə açıqlama verib.
KONKRET.az xəbər verir ki, Lavrov Paşinyanın Ermənistanın Rusiya ilə münasibətləri pisləşsə belə “varlanacağı” ilə bağlı fikirlərinə münasibət bildirib.
“Ermənistan rəhbərinin açıqlamalarını şərh edə bilmərəm. Əgər o. hesab edirsə ki, ölkə zənginləşəcək, qoy bunu təmin etsin”, – deyə Lavrov “Vesti”yə açıqlamasında bildirib.
Qeyd edək ki, Paşinyan seçkiqabağı təşviqat çərçivəsində Qarni şəhərində keçirdiyi görüşdə Ermənistan hakimiyyətinin Rusiya ilə əlaqələrin pisləşməsi fonunda xammal qiymətlərinin artmasından ehtiyat etmədiyini söyləmişdi.
Onun sözlərinə görə, hökumət Ermənistanı “sülhün kəsişmə nöqtəsi”nə çevirməklə ölkənin iqtisadi baxımdan zənginləşəcəyinə inanır.
Müşviq Tofiqoğlu
KONKRET.az
