“Bu qüvvələr bizimlə qəddar davranacaq” – Erməni jurnalistbackend

"Bu qüvvələr bizimlə qəddar davranacaq" - Erməni jurnalist

“Paşinyan qarşısında öhdəlikləri olan insanları aldada bilməyəcək. Çünki, bu insanlar sadəlövh deyillər”.

KONKRET.az xəbər verir ki, bunu erməni jurnalist Boris Murazi deyib.

O bildirib ki, hazırda Ermənistan rəhbərliyini ölkənin problemləri maraqlandırmır:

“Ermənistanın bəlası ondan ibarətdir ki, o, birinci Qarabağ müharibəsində qələbə nəticəsində əldə etdiyi hüquqlarından 30 illik xalq məhrumiyyəti nəticəsində əl çəkməyib. Bu hakimiyyət Zəngəzur dəhlizi kimi bir sıra öhdəliklər götürüb və indi hakimiyyət bu öhdəliklərdən yayınmağa çalışsa da, biz yenə də böyük itkilər verəcəyik”, – deyə erməni jurnalist bildirib.

Boris Murazi qeyd edib ki, Paşinyan ona güvənən insanların etibarından istifadə edib.

“Paşinyan bizi, öz seçicilərini, diasporadakı soydaşlarımızı aldada bilər, amma öhdəliyi olan insanları aldada bilməyəcək. Bu adamlar sadəlövh deyillər. Bu qüvvələr çox qəddar davranacaqlar və təəssüf ki, Paşinyanla yox, Paşinyanın təmsil etdiyi dövlətlə – yəni Ermənistan Respublikası ilə”, – deyə Boris Murazi əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*