Sinqapurda milyard dollarlıq nikel dələduzluğu baş verib.
KONKRET.az Bloomberq-ə istinadən xəbər verir ki, dələduzluqda təqsirləndirilən keçmiş mühasib çirkli pulların yuyulması ilə bağlı 100-dən çox ittihamla mühakimə olunur. Məlum olub ki, 37 yaşlı Ng Yu Zhi mövcud olmayan ticarət üzərindən pul toplayıb. Yüzlərlə müştəri, eləcə də Sinqapur milyonçuları da dələduzun toruna düşüb. Onlar nikel biznesində pay sahibi olmaq üçün milyonlarla dollar sərmayə yatırıblar. Dələduz “sərmayədarlara” rüblük 15% qazanc vəd edib.
Vəli Həsənoğlu,
KONKRET.az