backend

"Fələstinin tanınması üzv dövlətlərin səlahiyyətindədir" - Şarl Mişel

“Avropa İttifaqı (Aİ) tərəfindən Fələstinin müstəqil dövlət kimi tanınması birliyə üzv ölkələrin səlahiyyətindədir”.

KONKRET.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

O, Aİ-nin Brüssel sammitindən sonra keçirilən mətbuat konfransında açıqlama verib. Şarl Mişel Fələstin dövlətinin mümkün tanınması təşəbbüslərini şərh edib.

“Fələstini tanıyıb-tanımamaq üzv ölkələrin qərarından asılıdır”, – deyə Avropa rəsmisi bildirib.

Mişelin sözlərinə görə, Aİ liderləri Fələstinin müstəqil dövlət kimi tanınması məsələsini müzakirə ediblər.

“Bizim fikrimiz odur ki, hər iki tərəfin addımlarını nəzərdən keçirmək mümkün olsun. Və bu faydalı bir proses ola bilər”, – deyə Avropa Şurasının rəhbəri əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*