Təyyarə güclü küləyin təsirindən çətinliklə eniş etdi – VİDEObackend

Təyyarə güclü küləyin təsirindən çətinliklə eniş etdi - VİDEO

Portuqaliya aviaşirkətinə məxsus “TAP Air” Portugal təyyarəsi Madeyra beynəlxalq hava limanına qəfil eniş edib.

KONKRET.az xəbər verir ki, yayımlanan görüntülərdə “Airbus A321neo”nun eniş zamanı güclü küləyin təsirindən qorunmağa çalışdığı görünür.

Təyyarə bir neçə saniyə uçuş-enmə zolağında ətrafa əyilir, lakin sonda pilot vəziyyətə nəzarəti ələ alır.

Qeyd edək ki, Madeyra hava limanı dünyanın ən təhlükəli hava limanlarından biri hesab olunur. Burada baş verən güclü küləklər hətta ən yaxşı pilotları da ağır sınaqla üz-üzə qoyur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*