Taliban hərəkatından “terror təşkilatı” statusunun götürülməsi məsələsi araşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yekun qərarı Rusiyanın ali rəhbərliyi verəcək.
“Taliban hərəkatının terror təşkilatları siyahısından çıxarılmasına gəlincə, bu məsələ Rusiya Xarici İşlər və Ədliyyə Nazirliyi, eləcə də digər müvafiq qurumlar tərəfindən araşdırılır. Yekun qərar ölkənin ali siyasi rəhbərliyi tərəfindən veriləcək”, – deyə məlumatda bildirilir.
Burhan,
KONKRET.az