Qazaxda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Vüqar Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb.
49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.
