54 yaşlı alpinist 30-cu dəfə Everestin zirvəsinə qalxdıbackend

54 yaşlı alpinist 30-cu dəfə Everestin zirvəsinə qalxdı

Nepalın 54 yaşlı alpinisti Kami Rita 30-cu dəfə Everestin zirvəsinə qalxıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nepal Turizm Nazirliyinin nümayəndəsi Xim Lal Qautam X sosial şəbəkəsində məlumat yayıb.

“O, öz rekordunu qırdı. Bu, onun dünyanın zirvəsinə 30-cu yüksəlişidir”, – deyə Qautam yazıb.

Məlum olub ki, on gün öncə Kami Rita cənub-şərq silsiləsinin ənənəvi marşrutu ilə 8849 metr hündürlükdə zirvəni fəth edib.

Alpinist Everestə ilk dəfə 1994-cü ildə çıxıb və o vaxtdan bəri, demək olar ki, hər il bunu təkrarlayır. Yalnız hakimiyyət orqanlarının müxtəlif səbəblərdən dağa qalxmağı dayandırdığı üç il istisna olub.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*