60 yaşlı kişini tok vurub öldürdübackend

60 yaşlı kişini tok vurub öldürdü

Ağdaş sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Nazim Məmmədovu yaşadığı evin həyətində elektrik cərəyanı vurub.

60 yaşlı kişi aldığı xəsarətlərdən elə hadisə yerində keçinib.

İlkin ehtimala görə, N. Məmmədov çənə su doldurmaq istəyərkən hadisə baş verib.

Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*