Dünya əmtəə birjalarında qiymətli metalların qiymətində kəskin geriləmə qeydə alınıb.
KONKRET.az xəbər verir ki, “Comex” birjasında 2026-cı ilin dekabr çatdırılması üzrə qızıl fyuçerslərinin dəyəri 2025-ci ilin noyabrından bəri ilk dəfə 1 troy unsiyası üçün 3 950 dollar psixoloji həddindən aşağı düşüb.
Qısamüddətli əməliyyatlarda qızılın qiyməti 2,06 faiz ucuzlaşaraq 3 948,3 dollara enib.
Eyni zamanda analoji ucuzlaşma dalğası gümüş bazarından da yan keçməyib.
Birja göstəricilərinə əsasən, gümüşün qiyməti dərhal 4,98 faiz kəskin dəyər itirərək 1 troy unsiyası üçün 49,77 dollar səviyyəsinə qədər geriləyib.
