Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Alakol kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxıb.
Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
