Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq – Rəsmibackend

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən KONKRET.az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonunda istilik mövsümü noyabrın 1-dən 2027-ci il mayın 1-dək davam edəcək.

Qeyd olunub ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 29 oktyabr 2026-cı il tarixli sərəncamına əsasən, noyabrın 1-dən şəhərdəki bütün fərdi və mərkəzləşdirilmiş qazanxanaların fəaliyyəti təmin ediləcək.

Beləliklə, noyabrın 1-dən etibarən Naxçıvan şəhərində istilik təchizatına başlanılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*