Arxeoloqlar Şimal dənizində bir gecədə batmış orta əsr alman şəhərini tapıblar.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Alman tədqiqatçıları Şimal dənizinin sahilyanı rayonlarının xəritəsini tərtib edib.
Belə ki, müşahidələr əsasında orta əsr Runqholt şəhərinin yerləşdiyi yeri müəyyən etmək mümkün olub. Tədqiqatçılar müxtəlif geofiziki üsullardan, o cümlədən maqnit qradiometriyasından, elektromaqnit induksiyasından və seysmik analizlərdən istifadə edib.
Qeyd olunub ki, Südfall adasının yaxınlığında qədim yaşayış məskəninin ərazisi 10 km²-dən artıqdır. Tədqiqat yerində elm adamları drenaj sistemlərini, dəniz bəndini və kiçik kilsələrin yerini tapıblar.
Belə ki, şəhərdə nə baş verdiyi hələ də sirr olaraq qalır. Alimlərin fikrincə, güclü tufan bəndi aparıb və şəhəri su basıb.
Rəvayətə görə, şəhər 1362-ci ildə bir gecədə güclü fırtına ilə su altında qalıb. Bildirilir ki, əxlaqsız həyat sürən şəhər sakinlərinin cəzalandırması üçün kilsəyə gedən keşiş Allaha dua edir. Ertəsi gün o, şəhəri tərk edəndə şiddətli bir tufan qopur və Runqholtu yerlə yeksan edir.
İqbal Rzayev,
KONKRET.az
