68 mərtəbəli göydələnə dırmaşmaq istəyərkən ÖLDÜbackend

68 mərtəbəli göydələnə dırmaşmaq istəyərkən ÖLDÜ

Sosial şəbəkələrdə Remi Enqima kimi tanınan fransız ekstremal fotoqraf Remi Lusidi iyulun 27-də Honkonqda 68 mərtəbəli göydələndən yıxılaraq dünyasını dəyişib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı alpinist 68 mərtəbəli Trequnter göydələnini fəth etmək istəyib.

Qeyd olunub ki, 40-cı mərtəbəyə çatanda təhlükəsizlik işçisi Remi Lusidi dayandırmağa çalışıb, lakin alpinist buna razı olmayıb və daha yüksəyə qalxıb. Sonuncu dəfə qüllənin 49-cu mərtəbəsində müşahidə kameraları onu qeydə alıb.

Mediada yayılan xəbərlərə görə, Remi Lusid təkbaşına enə bilməyib və kömək istəməyə başlayıb. Göydələnin pəncərələrini döyən alpinisti təmizlikçi xanım ​​görüb. Yerli vaxtla saat 19:38-də o, polisə zəng edib, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər Remi artıq göydələndən yıxılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*