87 yaşlı kişini maşın vurub öldürdübackend

87 yaşlı kişini maşın vurub öldürdü

Ağdaşda piyada ölümü ilə nəticələnən qəza baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən yolu keçmək istəyən Ağdaş rayon Orta Ləki kənd sakini 1937-ci il təvəllüdlü Qırımxan Xaspoladovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*