“AB-nin ürəyi” olan Brüsseldə Rusiyanın izləri silinirbackend

AB-nin ürəyi” olan Brüsseldə Rusiyanın izləri silinir

Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar “Avropa İttifaqının ürəyi” sayılan Brüsseldə bu ölkə ilə bağlı küçə və prospektlərin adlarının dəyişdirilməsi planlaşdırılır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Brüsselin mərkəzi və Saint-Gilles bələdiyyələrinin müşavirləri şəhərdəki “Rusiya küçəsi” və “Stalinqrad küçəsi” adlarının dəyişdirilməsini təklif ediblər.

Həmçinin onlar “Rusiya küçəsi”nin “Ukrayna küçəsi” adlandırılması təklifi ilə çıxış ediblər.

Belə ki, şəhər şurasının üzvləri Aİ-nin paytaxtı kimi tanınan Brüsselin Rusiyaya qarşı daha çox səsini ucaltması lazım olduğunu və bu cür simvolik hərəkətlərlə Ukraynaya dəstək verməsini istəyiblər.

Saint-Gilles Şəhər Şurasının üzvü Mark Naezer bu barədə belə deyib:

“Avropalılar olaraq qapımızdakı humanitar dram qarşısında səssiz qala bilmərik. Biz ukraynalılara ümid mesajı vermək və onları dəstəklədiyimizi xatırlatmaq istəyirik”.

Qeyd edək ki, “Rusiya küçəsi” və “Stalinqrad küçəsi” Brüsselin mərkəzində insanların sıx olduğu ərazidə yerləşir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*