İsrail əvvəlki qaydada Fələstinlə birbaşa danışıqlara hazırdır.
KONKRET.az xəbər verir ki, bu sözləri İsrailin BMT-dəki nümayəndəsi Denni Danon deyib.
“Fələstin rəhbərliyi sülh çağırışlarına inanmır. ABŞ Prezidenti Donald Tramp sülh planını təqdim etdikdə Mahmud Abbas BMT-yə gəlməyə hazır idi. Trampın planı ilə tanış olmamış danışıqları rədd etdi”, – deyə diplomat bildirib.
