Abramoviç Rusiyada ən bahalı şəxsi təyyarəyə sahib oldubackend

Abramoviç Rusiyada ən bahalı şəxsi təyyarəyə sahib oldu

Rusiyalı milyarder Roman Abramoviç təxminən 350 milyon dollar dəyərində “Boinq 787-8 Dreamliner” təyyarəsi alıb. Bu, Rusiyada ən bahalı şəxsi təyyarədir.

KONKRET.az xəbər verir ki, təyyarədə cəmi 50 oturacaq var: qonaqlar üçün 30, mühafizəçilər və heyət üçün hər biri 10 yer. Təyyarənin sahəsi 224,4 kv. m, uçuş məsafəsi isə 18.418 km-dir.

Qeyd olunur ki, təyyarə 2015-ci ildə İsveçrənin “Privateair” şirkətinin özəl aviasiya operatorunun ehtiyacları üçün hazırlanıb. Dünyada aviaşirkətlər 250 belə cihaza sahibdirlər, Rusiyada isə bu model yoxdur. Gəminin kataloq dəyəri 248,3 milyon dollardır, onun əlavə avadanlıqları ən azı 100 milyon dollara başa gələcək, halbuki milyarderin konkret istəklərindən asılı olaraq dəyərin arta biləcəyi istisna edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*